"Formula1 Türkiyəyə dönür" Sport24.az xəbər verir ki, bunu "Intercity İstanbul Park" trasının rəhbəri Vural Ak deyib.

Aprelin 11-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Formula1-in yeni rəhbəri Çeyz Keri arasında baş tutan görüşdən sonra bu barədə heç bir açıqlama verilməsə də, Ak Avtomobil Jurnalistləri Dərnəyinin toplantısında görüşün nəticələrindən danışıb: "Sadəcə, son imza atılmalıdı. İnşallah, yenidən Türkiyə Formula1-ə ev sahibliyi edəcək".