"Formula 2" üzrə Azərbaycan Qran-prisinin sıralama turunda iki bolid eyni vaxtda qəza törədib. Sport24.az xəbər verir ki, hər iki bolid ard-arda səddə çırpılıb.

 

"Campos Racing" komandasının pilotları Josep Maria Martí və Isack Hadjarın bolidləri ard-arda qəzaya uğrayıb.

Nəticədə qırmızı bayraq qaldırılıb və sıralama turu bir müddətlik dayanıb.

 

Qeyd edək ki, bu gündən start götürən Azərbaycan Qran-prisi sentyabrın 15-də başa çatacaq.