Formula 1 üzrə Çin qran-prisi koronavirusa görə bu il keçirilməyəcək.

Sport24.az xəbər verir ki, bu barədə Beynəlxalq Avtomobil Federasiyasının mətbuat xidməti məlumat yayıb. Yarış qeyri-müəyyən müddətə təxirə salınıb.

Yarış iştirakçıları ilə azarkeşlərin sağlamlığı və təhlükəsizliyini təmin etmək üçün bu addım atılıb.