Hər il 30 mindən çox azarkeşin canlı izlədiyi "Formula-1" Azərbaycan Qran-prisi yenidən yarış həvəskarlarını tribunalarda qarşılayır. Sport24.az xəbər verir ki, ötən il olduğu kimi, bu il də möhtəşəm Bakı yarışına II Qarabağ müharibəsində xalqımıza tarixi qələbəni bəxş edən qəhrəman şəhidlərimizin ailə üzvləri və qazilərimiz fəxri qonaq qismində dəvət olunublar.

 

Onlar "Formula-1" Azərbaycan Qran-prisini 3 gün ərzində canlı izləyə biləcəklər.

Artıq 3-cü ildir ki, bu mötəşəm idman tədbirinə dəvət olunan fəxri qonaqlar builki yarışı Azneft və Qız Qalası tribunalarından izləyir.

Qeyd edək ki, bu gündən "Formula-1" Azərbaycan Qran-prisi start götürüb.