"Formula-1"in yarış direktoru Nils Vittixi istefaya göndərilib. Sport24.az xəbər verir ki, bu barədə Beynəlxalq Avtomobil Federerasiyası (FIA) məlumat yayıb.
Açıqlamada Vittixə gələcək karyerasında uğurlar arzulanıb. Qarşıdakı Las-Veqas Qran-prisində bu vəzifəni Rui Markes tutacaq. O, əvvəllər "Formula-1"də marşal, stüard, yarış direktorunun müavini işləyib, bundan başqa müxtəlif çempionatlarda yarış direktoru kimi fəaliyyət göstərib.
Qeyd edək ki, güclü yağış altında keçirilən San-Paulu Qran-Prisində komandalar və mütəxəssislər Vittixin qərarlarından narazı qalmışdılar.