Keçən həftəsonu Mayami Qran-prisinin qalibi olan Maks Ferstappen yarışın sonunda azarkeşlər tərəfindən fitə basılmasına münasibət bildirib. Sport24.az xəbər verir ki, "Red Bull” pilotu buna əhəmiyyət vermədiyini söyləyib: “Sonuncu pillələrdə qərarlaşsaydım, heç kim məni fitə basmayacaqdı, düz demirəm?! Məncə, bu normal haldır. Qalib gəlirsənsə, fitə basılmalısan. İnsanlar qalibləri sevmirlər. Ona görə də bunu problemə çevirmirəm. Əsas odur ki, zirvədəyəm. Tiitulu götürüb gedəcəm, onlar isə evə qayıdıb xoş bir günü geridə qoyacaqlar”.
Xatırladaq ki, Maks bu mövsüm keçirdiyi 5-ci yarışda 3-ü qalib olmaqla 4-cü dəfə fəxri kürsüyə yüksəlib. O, ən yaxın izləyicisi Serxio Peresi şəxsi birincilikdə 14 xal fərqilə qabaqlayır.