"Benetton'' və ''Reno''nun keçmiş sahibi Flavio Briatore ötən həftəsonu baş tutan Kanada Qan-prisində podiuma çıxanlar barədə danışıb. Sport24.az xəbər ki, həmin yarışda 1-ci pillə ''Red Bull'' pilotu Maks Ferstappenə, 2-ci pillə ''Aston Martin'' pilotu Fernando Alonsoya, 3-cü pillə ''Mersedes'' pilotu Lyuis Hemiltona qismət olub.

Briatorenin fijrincı, Derstappen digərlərindən üstün olduğunu Kanadada növbəti dəfə nümayiş etdirib: "Onun komanda yoldaşı Serxio Peres yenə nəticə qazanmaqda çətinlik çəkdi. Peresin timsalında görürük ki, tək bolidin güclü olması ilə çempionluq qazanmaq mümkün deyil. Gərək pilot da güclü olsun. Bazar günü podiumda ''Formula-1''in ən böyük çempionlarını gördük. İlk 3 yer bu idman növünün ən güclü iştirakçılarına qismət oldu. Növbəti Qran-prini səbirsizliklə gözləməyə dəyər. ''Ferrari''nin performansı mənə çox maraqlı olacaq. ''Aston Martin'' də ''Red Bull'' ilə fərqi azaltmağa çalışacaq. Hərçənd, bu andan sonra Ferstappenin ardıcıl 3-cü çempionluğu əldən verəcəyinə inanmıram"