Ötən həftə Mayami Qran-prisində uğursuzluqla yadda qalaraq yarışı 7-ci sırada başa vuran “Ferrari” pilotu Şarl Lekler zəif çıxışının səbəbindən danışıb. Sport24 az xəbər verir ki, monte karlolu pilot boyun nahiyəsində zədə olmasını əsas gətirsə də, bolidin keyfiyyətindən də şikayətlənib: “Yarış günü yaxşı vəziyyətdə deyildim. Boynumdan zədə almışdım və onu hərəkət etdirə bilmirdim. Amma yarışı yüksək səviyyədə keçirmək üçün əlimdən gələni etməyə çalışdım. Amma problemlərimiz çoxdu. Bolidin dərdinə əlac tapmalıyıq. Mənə elə gəlir ki, nəsə qaydasında getmir. Maşın sürətli döngələrdə sanki atlanırdı və yerə dəyirdi. Yarışdan sonra Sayns da eyni problemdən şikayətləndi. “Ferrari”nin bu bolidi ilə yüksək səviyyədə çıxış etmək mümkün deyil. Bolid küləyə qarşı həssasdı. Araşdırmalıyıq, niyə bu problem əvvəlki yarışlarda olmurdu?”.