Bakıda ilk dəfə Formula Drift yarışları baş tutub. Sport24.az xəbər verir ki, Test and Training Mərkəzində keçirilən yarışda ölkəmizin və dünyanın tanınmış pilotları və münsifləri iştirak ediblər.
7-8 sentyabr tarixlərini əhatə edən yarış gələn il keçirilicək digər 3 turnirin startı sayılır. Ümumi 3 yarışda da qalib olan idmançı Azərbaycan çempionu olacaq və beynəlxalq turnirdə ölkəmizi təmsil etmək hüququ əldə edəcək.