Formula 1-də mübarizə aparan “Aston Martin” komandası 2026-cı ildən “Honda” mühərriklərindən istifadə edə bilər. Sport24.az xəbər verir ki, bir müddət əvvəl “Red Bull”la əməkdaşlıq edən Yaponiya şirkəti sonradan kənara çəkilsə də, 2026-cı ildən yeni reqlament qəbul ediləcəyindən yenidən mübarizəyə qoşulmaq istəyir.
“Honda”nın “Red Bull”la yenidən əməkdaşlıq etmək istəyi ilə bağlı xəbərlər yayılsa da, Avstriya komandası “Ford”la anlaşdı. “Aston Martin” isə “Red Bull”un inkişaf yolunu təhlil etdiyindən bu komandanın layihələrində maraqlıdır. “Red Bull”un “Honda” ilə uğurlu əməkdaşlığı onları “Aston Martin”lə müqavilə imzalamağa sövq edir.