“Red Bull” pilotu Maks Ferstappen “Aston Martin”də çıxıç edən rəqibi Fernando Alonsonun Monako Qran-prisində qalib gəlməsini görmək istədiyini söyləyib. Sport24.az xəbər ki, ikiqat dünya çempionun fikrincə, ispaniyalı pilot bu sevinci yaşamağa layiqdir: “Bilirəm ki, Fernando Monakoda uğur qazanmağa şanslı olduğunu düşünür. Doğrusu, mən də onun burada uğur qazanmasını istəyərdim. Ümimiyyətlə, Alonso qazandığından daha artığına layiqdi. O, Formula 1-də fəxri kürsüyə daha çox çıxmalı idi. Fernando çox yaxşı pilotdu. 41 yaşı olsa da, əla formadadı. Bu inanılmazdır. Alonsoya böyük hörmətim var. Yeniyetməlik illərimdə Formula 1-i TV vasitəsiylə izləyəndə, Alonsonun əlinin altında bolid elə də güclü deyildi. Amma o, ehtirası sayəsində titul uğrunda mübarizə aparırdı”.