Formula1 üzrə Melburn Qran Prisi başa çatıb. Sport24.az xəbər verir ki, 68-ci mövsümün ilk yarışında Ferrari pilotu Sebastyan Vettel qalib gəlib. Dördqat dünya çempionu Mersedes-dən olan rəqibləri Luis Hamilton və Valtteri Bottası geridə qoyaraq, 2015-ci ildəki Sinqapur Qran Prisindən sonra ilk qələbəsini qazanıb.