"Formula 1 üzrə İmoladakı yarışda “Alfa Tauri” komandasında dəyişiklik ola bilər. Sport24.az İtaliya mətbuatına istinadən xəbər verir ki, Daniel Rikkardo Mayami Qran-prisindən sonra hazırlıq məqsədilə bazaya çağrılıb.
O, ümidləri doğrultmayan Nik de Vrisi əvəzləyə bilər. Məsələ ondadır ki, niderlandlı pilot sponsorları da cəlb edə bilmir. İlk 5 yarışda xal toplaya bilməyən De Vris 20 pilot arasında ən pis göstəriciyə malik yarış iştirakçısıdı.
Xatırladaq ki, “Alfa Tauri” “Red Bull”un ikinci komandası sayılır. Rikkardo isə “Red Bul”un ehtiyat pilotudur.