"Zenit" "Pendikspor"un 22 yaşlı hücumçusu Erencan Yardımcı ilə maraqlanır. Sport24.az xəbər verir ki, Sankt-Peterburq təmsilçisi artıq forvardln müqavilə ilə məxsus olduğu üçün "Eyüpspor"la danışıqlara başlayıb.
Onun "Eyüpspor"la müqaviləsi 2025-ci il iyunun 30-na qədərdir.
Qeyd edək ki, "Qalatasaray"ın yetirməsi olan gənc hücumçu cari mövsümdə Türkiyə Superliqasında 19 matça çıxıb, 6 qol vurub, 1 məhsuldar ötürmə edib.