"Yuventus" qapı xəttini gücləndirmək üçün "Parma"nın 23 yaşlı qapıçısı Zion Sudzuki ilə maraqlanır. Sport24.az xəbər verir ki, bu barədə "La Gazzetta Dello Sport" məlumat yayıb.
İtaliya klubunda əsas namizəd kimi yapon qolkiper göstərilir. Bildirilir ki, Sudzuki PSJ-yə keçsə belə, daha sonra icarə əsasında Turin təmsilçisinə qoşula bilər. "Yuventus" hazırkı vəziyyətdə qapıçını ən azı bir mövsümlük icarəyə götürməyə də razıdır.
Turin klubunun siyahısında digər alternativlər də var. "Tottenhem"in qapıçısı Qulyelmo Vikario və "Real"dan Andrey Lunin mümkün variantlar arasındadır. Həmçinin "Benfika"nın ukraynalı qapıçısı Anatoli Trubin də izlənilir.
Qeyd edək ki, baş məşqçi Luçano Spalletti yeni əsas qapıçının bu həftə ərzində müəyyənləşdirilməsini istəyir.