UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək "Qarabağ" – "Dinamo" (Kiyev, Ukrayna) qarşılaşmasından öncə təşkil ediləcək mətbuat konfransları və media nümayəndələri üçün açıq məşqlərin vaxtları bəlli olub. Sport24.az xəbər verir ki, baş məşqçi Qurban Qurbanovun iştirakı ilə keçiriləcək mətbuat konfransı avqustun 12-də saat 13:30-da "Azersun Arena"da baş tutacaq.
Saat 18:45-da isə komandanın media nümayəndələri üçün açıq məşqi (ilk 15 dəqiqə) eyni arenada keçiriləcək.
Qonaq komandanın baş məşqçisi İqor Kostyukun Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək mətbuat konfransı saat 17:00-da start götürəcək. "Dinamo"nun ilk 15 dəqiqəsi media üçün açıq olacaq məşqi isə 17:30-da başlayacaq.