Braziliyanın "Vitoria" klubunun futbolçusu Rene Azərbaycan təmsilçisindən gələn təklifi geri çevirib. Sport24.az-ın etibarlı mənbədən əldə etdiyi məlumata görə, Premyer Liqa klublarından biri 23 yaşlı hücumçunu heyətinə qatmaq istəyib.

Agentlər vasitəsilə forvarda Azərbaycan klubunun marağı barədə məlumat göndərilib. Lakin Rene karyerasını Azərbaycanda davam etdirmək istəmədiyini bildirib.

Qeyd edək ki, Rene 2026-cı ildə A Seriyasında "Vitoria"nın heyətində 15 oyuna çıxıb. Braziliyalı hücumçu bu görüşlərdə 5 qol vurub və 1 məhsuldar ötürmə edib.