Mövsümlərarası fasilədə "İmişli" ilə vidalaşan Andrey Sinenkonun yeni klubu məlum olub. Sport24.az "bel.footbal.news" portalına istinadən xəbər verir ki, qolkiper Vətənində "Dnepr"lə anlaşıb.

 

Qeyd edək ki, belaruslu qolkiper ötən mövsüm "İmişli"nin heyətində 29 oyunda 39 qol buraxıb, 9 qarşılaşmada isə qapısını toxunulmaz saxlayıb.