"Roma" yarımmüdafiəçi Rodriqo Moraya görə "Porto"ya 25 milyon avro təklif edib. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano sosial şəbəkə hesabında paylaşım edib.

 

Lakin "Porto" bir həftədir ki, "Qalatasaray"la danışıqlar apardığı üçün daha yüksək qiymət tələb edir. 

 

Mora 2024/25 mövsümündə, 17 yaşında "Porto"nun əsas komandasında debüt edib və yüksək performansla yadda qalıb. 

 

Qeyd edək ki, yarımmüdafiəçi 2025/26 mövsümündə bütün turnirlərdə 44 oyun keçirib, 5 qol vurub və iki məhsuldar ötürmə ilə yadda qalıb.