"Sauthempton" "Mançester Siti"nin hücumçusu Divine Mubamanı icarəyə götürməklə bağlı şifahi razılığa gəlib. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabriso Romano sosial şəbəkə hesabında paylaşım edib.

 

"Müqəddəslər" hazırda oyunçu ilə bağlı müzakirələri davam etdirən "şəhərlilər"in yekun qərarını gözləyir. 

 

21 yaşlı Mubama "Mançester Siti"nin əsas komandasında iki oyuna çıxıb və bir qol vurub.

 

Qeyd edək ki, hücumçu ötən mövsüm icarə əsasında "Stok Siti"nin formasını geyinib və meydana çıxdığı 28 oyunda 5 qol, bir məhsuldar ötürmə ilə yadda qalıb.