"İnter" sağ cinahını gücləndirmək üçün "Əl-İttihad"ın futbolçusu Musa Diabiyə yeni təklif hazırlayıb. Sport24.az xəbər verir ki, bu barədə "La Gazzetta Dello Sport" məlumat yayıb.

İtaliya klubunun daha əvvəl Səudiyyə Ərəbistanı təmsilçisinə 20 milyon avro və Kristian Asllaninin transferini təklif etdiyi bildirilir. Lakin bu təklif "Əl-İttihad" tərəfindən müsbət qarşılanmayıb

27 yaşlı fransalı futbolçu ilə "Bayer" də maraqlanır. Almaniya klubu transfer üçün yalnız pul ödəməyə hazırdır. Buna baxmayaraq, Diabi Leverkuzen təmsilçisinə keçməyə razılıq verməyib.

"İnter" isə futbolçunun qərarsızlığından istifadə edərək transferi reallaşdırmağa çalışır.