Premyer Liqasında 2026/2027 mövsümünün ilk turunun oyun cədvəli açıqlanıb. Sport24.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası (PFL) məlumat yayıb.
Çempionlar Liqasında mübarizəni davam etdirən "Sabah"ın rəsmi müraciətini, "Kəpəz"in rəsmi razılıq məktubunu nəzərə alan PFL ölkənin beynəlxalq arenada idman nüfuzunun uğurla təmsil olunmasını rəhbər tutaraq adıçəkilən kollektivlər arasında baş tutacaq birinci və ikinci dövrədəki oyunlarının yerini dəyişib.
14 avqust (cümə)
"Turan Tovuz" – "Qəbələ"
Tovuz şəhər stadionu, 19:30
15 avqust (şənbə)
"Araz-Naxçıvan" – "İmişli"
Qəbələ şəhər stadionu, 18:30
"Sabah" – "Kəpəz"
"Bank Respublika Arena", 20:45
16 avqust (bazar)
"Sumqayıt" – "Neftçi"
"SOCAR Polymer Arena", 19:00
"Zirə" – "Şəfa"
Zirə İdman Kompleksinin stadionu, 21:00
17 avqust (bazar ertəsi)
"Qarabağ" – "Şamaxı"
Tofiq Bəhramov adına Respublika stadionu, 19:30
Qeyd edək ki, I turun bütün oyunları Azərbaycan Respublikasının Dövlət Himni ilə başlanacaq.