"Mançester Yunayted"in vingeri Ceydon Sanço karyerasını "Yuventus"da davam etdirə bilər. Sport24.az xəbər verir ki, bu barədə insayder Canluka Di Marsio sosial şəbəkə hesabında məlumat yayıb.
Mənbənin sözlərinə görə, Turin klubu 25 yaşlı ingilis üçün 10 milyon avro və 5 milyon bonus təklif edib.
Qeyd edək ki, Sanço 2024/25 mövsümünü icarə əsasında "Çelsi"də keçirib və London təmsilçisinin heyətində Konfrans Liqasının qalibi olub. O, bu turnirdə 2 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.