"Liverpul"un sabiq baş məşqçisi Yurgen Klopp Almaniyanın DÇ-2026-da mübarizəni dayandırmasından sonra millinin "sükanı arxasına" keçə biləcəyi ilə bağlı söz-söhbətlərə aydınlıq gətirib. Sport24.az xəbər verir ki, təcrübəli mütəxəssis bu barədə "MagentaTV"-yə açıqlama verib:

 

"Hələ bu barədə düşünməmişəm. Adımın yığma ilə yanaşı çəkildiyini başa düşürəm. Amma indi bu barədə danışmağın vaxtı deyil".

 

Qeyd edək ki, Almaniya millisi 1/16 final mərhələsində penalti seriyasında (4:3) Paraqvaya məğlub olaraq mundialla vidalaşıb.