Almaniya millisinin baş məşqçisi Yulian Naqelsmann AÇ-2024-ün heyətində zədəli qapıçı Bernd Lenonu əvəz edəcək futbolçu ilə bağlı qərar verib. Sport24.az xarici KİV-ə istinadən xəbər verir ki, "Bavariya"nın qolkiperi Aleksandr Nübel düşərgəyə dəvət olunacaq.

 

Nübel icarə əsasında "Ştutqart"da çox yaxşı mövsüm keçirib və bunun sayəsində Münhen klubu ilə yeni müqavilə imzalayıb. 

 

Nübel yığmanın 3-cü qolkiperi olacaq. Ondan başqa yığmanın heyətində "Bavariya"dan Manuel Noyer və "Barselona"dan Mark-Andre ter Ştegen də yer alacaq.