Niderland millisinin sabiq oyunçusu Yordi Kroyff "Ayaks"ın texniki direktoru təyin olunacaq. Sport24.az xəbər verir ki, bu barədə klubun saytında məlumat verilib.

 

51 yaşlı Kroyffun vəzifəsinin icrasına 2026-cı ilin fevral ayında başlaması gözlənilir. Onun müqaviləsi 32028-ci ilin yayına qədər nəzərdə tutulub.

 

Qeyd edək ki, Yordi Yohan Kroyffun oğludur. 2025-ci ilin fevral ayında Kroyff İndoneziya millisinin strateji məsləhətçisi vəzifəsinə təyin olunub. O, bundan əvvəl "Şençjen", "Çunçin Lifan", Ekvador milli komandası, Tel- Əviv "Makkabi"si və "Barselona"da çalışıb.