çempionlar Liqasının V turu çərçivəsində baş tutan "Mançester Siti" - "Bayer" matçı İngiltərə klubunun baş məşqçisi Xosep Qvardiola üçün əlamətdar olub. Sport24.az xəbər verir ki, ispaniyalı məşqçi baş məşqçisi kimi mötəbət turnirdə 100-cü oyununa çıxıb. 

 

Yalnız Aleks Ferqyuson ("Mançester Yunayted"lə 190) və Arsen Venger ("Arsenal"la 177) ingilis komandalarının çalışdırıcısı kimi  daha çox oyun keçiriblər.

 

Qeyd edək ki, dünən baş tutan matç Almaniya komandasının 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.