"Barselona"nın sabiq baş məşqçisi Xavi Səudiyyə Ərəbistanıda işləyə bilər. Sport24.az xəbər verir ki, o, "Əl Hilal"ı çalışdıra bilər.
Bu barədə Florian Plettenberq məlumat yayıb.
"Əl Hilal"da baş məşqçi Jorje Jesus istefaya göndərilib.
Xavi 2021-2024-cü illədə "Barselona"ya rəhbərlik edib. Komanda onun rəhbərliyi altında İspaniya La Liqasını və Superkubokunu qazanıb.