"Bayer"in baş məşqçisi Xabi Alonso Leverkuzen klubundakı gələcəyi haqda danışıb. Sport24.az xəbər verir ki, ispaniyalı mütəxəssis jurnalistlərin suallarını cavablandırarkən iş yerini dəyişmək fikrində olmadığını bildirib:

 

"Bu mövzuda hər hansı qərar verməmişəm. Çünki indi bunun vaxtı deyil, vəziyyət fərqlidir. Bir il əvvəl qərar veriləcək bir şey var idi, amma indi heç nə yoxdur. Fərq bundadır. Bütün diqqətimi bu mövsümə yönəltmişəm.

 

Biz ancaq növbəti oyun haqqında düşünürük. Bu, son mərhələdə yaxşı çıxış etməyin yeganə yoludur".

 

Qeyd edək ki, 43 yaşlı mütəxəssisin "Bayer"lə müaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. Leverkuzen təmsilçisi hazırda  56 xalla turnir cədvəlində ikinci pillədədir. Zirvədə isə aktivində 62 xal olan "Bavariya" qərarlaşıb.