Azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin çıxış etdiyi "Eqnatia " Albaniya çempionatında XV turun oyununu keçirib. Sport24.az xəbər verir ki, komanda "Vllajnia"nı qəbul edib.

Matç meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. İsgəndərli start heyətdə yer alıb və 74-cü dəqiqədə əvəzlənib. O, 41-ci dəqiqədə komandasının 3-cü qolunun müəllifi olub.

Bu, Vüsalın Albaniya çempionatında 5-ci qoludur.

Qeyd edək ki, " Eqnatiya" turnir cədvəlində 33 xalla 1-cidi.