Vüsal İsgəndərlinin də formasını geyindiyi "Partizani" Albaniya Superliqasında 15-ci turun oyununa çıxıb. Sport24.az xəbər verir ki, paytaxt klubu səfərdə "Tirana" ilə qarşılaşıb.
Matç "Partizani"nin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Vüsal meydana start heyətdə çıxıb və 79-cu dəqiqədə əvəzlənib.
Qeyd edək ki, "Partizani" hazırda 20 xalla turnir cədvəlində 6-cı yerdədir.