"Real"ın baş məşqçisi Xabi Alonso yarımmüdafiəçi Franko Mastantuononun səhhəti ilə bağlı danışıb. Sport24.az xəbər verir ki, ispaniyalı mütəxəssis bununla bağlı klubun rəsmi saytına açıqlama verib:

 

"Mastantuono qasıq zədəsindən sonra tədricən formasını bərpa edir. O, daha çox çalışmalı və məşq etməlidir. Fransko tədricən oyun ritminə yaxınlaşır. Argentinalı futbolçu oynaya biləcək səviyyədə olduğu üçün heyətdə yer alır". 

 

Qeyd edək ki, bu ilin avqustdan "Real"ın formasını geyinir. "Kral klubu" gənc oyunçunun transferi üçün Argentinanın "River Pleyt" klubuna 45 milyon avro ödəyib. O, cari mövsümdə "Real"ın heyətində bütün turnirlərdə 12 oyunda iştirak edib və 1 qol vurub.