"Karvan-Yevlax"ın futbolçuları baş məşqçi dəyişikliyindən sonra çox motivasiyalıdır". Bu sözləri Sport24.az-a açıqlamasında "Şamaxı"nın futbolçusu Rüfət Abbasov deyib.

Gənc futbolçu ötən gün komandasının "Karvan-Yevlax" üzərində qələbəsini şərh edib:

"Çempionatda ardıcıl məğlubiyyətlər alıblar deyə, bizimla oyuna xüsusi köklənmişdilər. Lakin biz də meydana istəkli çıxmışdıq. Şükür ki, 3 qol vurub, 3 xal qazandıq. Bu mövsüm hədəfimiz Misli Premyer Liqasında qalmaqdır. Amma çalışdığımız qədər yuxarı pillələrdə qərarlaşmaq istəyirik".

 

Millinin də şərəfini qoruyan futbolçu növbəti turda qarşılaşacaqları "Zirə" ilə oyun barədə də danışıb:

 

"Növbəti turda rəqibimiz olacaq "Zirə" çox yaxşı formadadır. Son matçda "Qarabağ" kimi komandadan xal ala bildilər. Evdə oynamağımız bizim üçün üstünlük ola bilər. Çempionatda qazandığımız hər bir xal mövsümün sonunda işimizə yaraya bilər".

 

Qeyd edək ki, "Karvan-Yevlax" - "Şamaxı" matçı meydan sahiblərinin 0:3 hesablı məğlubiyyəti ilə başa çatıb.