"Liverpul"un kapitanı Vircil van Deyk və komandanın digər əsas oyunçuları baş məşqçi Arne Slotla münasibəti korlanan Məhəmməd Salahın tərəfini tutublar. Sport24.az xəbər verir ki, bu barədə britaniyalı jurnalist Ceyms Uotland "X" sosial media hesabında paylaşım edib.

 

Mənbənin sözlərinə görə, futbolçular niderlandlı məşqçinin işdən çıxarılmasını tələb edirlər.

 

Qeyd edək ki, Slot 2024-cü ilin yayından "Liverpul"a rəhbərlik edir. Onun rəhbərliyi altında "qırmızılar" 2024/25 mövsümündə İngiltərə Premyer Liqasının qalibi olublar. Cari "futbol ili"ndə isə komanda uğursuz çıxış edir. "Mersisaydlılar" Premyer Liqada 15 turdan sonra 23 xalla doqquzuncu yerdədir.