FIFA referisi Kamal Umudlu növbəti təyinat alıb. Sport24.az xəbər verir ki, K.Umudlu UEFA Gənclər Liqasının VI turu çərçivəsində keçiriləcək "Atalanta" (İtaliya) – "Çelsi" (İngiltərə) oyununun baş hakimi olacaq.     Ona Namik Hüseynov və Vüsal Məmmədov kömək edəcəklər.     Görüş dekabrın 9-da Berqamo şəhərində yerləşən Bortolotti İdman Mərkəzində keçiriləcək.