Rusiya Stolüstü Tennis Federasiyası Sverdlovsk vilayətindən olan məşqçini idmançıya hücum etdiyinə görə altı ay müddətinə diskvalifikasiya edib. Sport24.az xəbər verir ki, hadisə Aleksandr Zaxarov Kuboku zamanı baş verib.

 

Qarşılaşma zamanı rəqibinə uduzan 11 yaşlı stolüstü tennisçi məşqçisi tərəfindən üzündən yumruq zərbəsi alıb. Hadisəni törədən məşqçi eyni zamanda zərərçəkən idmançının atasıdır.

 

Bu davranışına görə o, dərhal yarışdan uzaqlaşdırılıb.

 

Rusiya Stolüstü Tennis Federasiyasının İdman İntizam Komissiyası məşqçini 6 ay idmandan kənarlaşdırıb.