Məhəmməd Salah "Liverpul"dan ayrılmağa yaxındır. Sport24.az xəbər verir ki, bu barədə "Bild" məlumat yayıb.

 

Səudiyyə Ərəbistanının "Əl-İttihad" və "Əl-Hilal" klubları qışda "qırmızılar"ın hücumçusu üçün qarşı tərəfə təklif göndərməy hazırlaşır. Futbolçunun transfer haqqı 80-100 milyon avroya çata bilər.

 

Qeyd edək ki, Salahın "Liverpul"un baş məşqçisi Arne Slotdan narazılığı ilə bağlı açıqlamaları fonunda onun klubdan ayrılacağı ehtimalını gücləndirir. MLS klubları da Salahın xidmətində maraqlıdır. Ancaq maliyyə planında amerikanlılar ərəblərlə rəqabət apara bilmir.

Salahın "Liverpul"la müqaviləsi 2027-ci ilin yayında başa çatır.