"Real"ın yarımmüdafiəçisi Jud Bellingem La Liqanın 15-ci turu çərçivəsində baş tutan "Selta" ilə (0:2) oyunda qaşından xəsarət alıb. Sport24.az xəbər verir ki, matç zamanı ingilis yarımmüdafiəçinin qaşı partlayıb. Buna baxmayaraq, o, sona qədər meydanda qalıb.

 

Bellingem bu mövsüm "Kral klubu"nun heyətində bütün turnirlərdə 16 oyun keçirib, 4 qol vurub və 2 məhsuldar ötürmə edib.

 

Qeyd edək ki, hazırda aktivində 36 xal olan "Real" 16 oyundan sonra "Barselona"dan 4 xal geri qalaraq turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.