Yarımmüdafiəçi Viktor Mozes "Luton Taun" klubuna keçib. Sport24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

 

33 yaşlı futbolçu ilə imzalanan müqavilənin detalları barədə açıqlama verilməyib.

 Mozes Çempionşip komandasına azad agent kimi qatılıb.

 

Nigeriyalının son klubu 2020-2024-cü illərdə çıxış etdiyi "Spartak Moskva" olub. Kristal Palas məzunu əvvəllər İngiltərənin müxtəlif komandalarını, o cümlədən "Çelsi" və "Liverpul"u təmsil edib, "İnter" və "Fənərbağça"da da çıxış edib. Ötən mövsümün sonunda Premyer Liqadan aşağı liqaya düşmüş "Luton Taun" cari çempionatın dörd turundan sonra cəmi bir xal toplayaraq turnir cədvəlində sondan əvvəlki, 23-cü yeri tutur.