Sentyabrın 19-27-də İspaniyanın Leon şəhərində gənclər arasında ağırlıqqaldırma üzrə dünya birinciliyi keçiriləcək. Sport24.az xəbər verir ki, yarışda 60-a yaxın ölkədən 367 (168 qadın + 199 kişi) idmançı iştirak edəcək.

 

Birinciliyə Azərbaycan yığmasının üzvləri də qatılacaq.

Heyətdə yer alan atletlərimiz: Elşən Məmmədov (61 kq), Ravin Alməmmədov (81 kq), Nurlan Məmmədzadə (89 kq).