Yeni mövsümdən Azərbaycan Basketbol Liqasında çıxış edəcək "Quba" hazırlıqlarına başlayıb. Sport24.az xəbər verir ki, Şəhriyar Əsgərovun rəhbərlik etdiyi heyət Azərbaycan Texniki Universitetinin idman zalında yeni mövsümə hazırlaşır.

 

Bölgə klubunun yeni transferləri artıq düşərgəyə qoşulub. Malik Raşad Hant, Davonte Kraven və ötən mövsümü "Cəlilabad"da keçirmiş legioner Levan Qoqaladze, həmçinin, əksər yerlilər Zaur Paşayev, Fikrət Paşayev, Andrey Kondratyev, Hüseyn Əliyev, Ülvi Məmmədov, Seyidhüseyn Eynullayev, Məhəmmədəli Məmmədzadə də bu dəfə "Quba"nın formasını geyinəcək.