"Sumqayıt" heyətinə yeni basketbolçu qatıb. Sport24.az xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi ötən mövsüm "Neftçi"nin şərəfini qorumuş  Aleksey Kitayevlə anlaşıb. 

 

Onunla 1 illik müqavilə imzalanıb.

 

Qeyd edək ki, Kitayev ötən mövsüm paytaxt klubunun heyətində 11 oyun keçirib və 24 xal toplayıb.