Transfer çalışmalarını davam etdirən "Gəncə" basketbol klubu ilk legioneri heyətinə cəlb edib. Sport24.az xəbər verir ki, bu ABŞ-dən olan basketbolçu Marqus Gilsondu.

 

202 sm boya malik Gilson mərkəz oyunçusu mövqeyində çıxış edir. Marqus 33 nömrəli forma ilə oynayacaq. 25 yaşlı basketbolçu ilə mövsümün sonuna kimi müqavilə bağlanıb.

 

Qeyd edək ki, Gilson son mövsümü Gürcüstanda keçirib. O, "Kutaisi" ilə ölkə çempionu olub.