Türkiyənin "Fənərbağça" klubunda növbəti prezident seçkilərinin tarixi məlum olub. Sport24.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin hazırkı rəhbəri Sadəttin Saran klubun mətbuat xidmətinə açıqlamasında bildirib.

 

O, seçkilərin iyunun 6-7-də olacağını vurğulayıb.

 

Sadəttin Saran 2025-ci ilin sentyabrından "Fənərbağça"nın prezidentidir.

 

Seçkilərdə yeni namizədlər hələ açıqlanmayıb.