"Mançester Yunayted" futbolçusu Kobbi Maino ilə müqaviləni uzatmağa hazırlaşır. Sport24.az xəbər verir ki, "qırmızı şeytanlar" gənc oyunçu ilə razılığa gəlib.

 

Bu barədə insayder Fabrizio Romano məlumat yayıb. Maino klubla müddəti 2031-ci ilin yayına kimi olan müqaviləyə imza atacaq.

 

Futbolçu bu mövsüm Premyer Liqada 24 oyunda 2 məhsuldar ötürmə edib.