"Real" baş məşqçi postuna hazırda "Benfika"nı çalışdıran Joze Mourinyonu qaytarmaq variantını nəzərdən keçirir. Sport24.az xəbər verir ki, 62 yaşlı mütəxəssis növbəti mövsümdə "kral klubu"nu çalışdırmağa əsas namizədlərdən biridir.
Bu barədə "The Athletic" nəşri məlumat yayıb.
Mümkün təyinatla bağlı danışıqları şəxsən klub prezidenti Florentino Peres aparır. "Mourinyonun "Benfika" ilə müqaviləsinin vaxtından əvvəl ləğvi üçün nəzərdə tutulan sərbəstqalma məbləği təxminən 3 milyon avrodur.
Bundan əvvəl "Real"ın baş məşqçi postuna bir sıra tanınmış mütəxəssislərin maraq göstərdiyi barədə xəbərlər yayılmışdı. Namizədlər arasında Yurgen Klopp, Unay Emeri, Maurisio Poçettino, Didye Deşam və Lionel Skaloni də yer alırdı.
Qeyd edək ki, Joze Mourinyo daha əvvəl Madrid təmsilçisində çalışıb. Portuqaliyalı məşqçi 2010-2013-cü illərdə komandaya rəhbərlik edib.