"İnter" futbolçusu Federiko Dimarko ilə müqaviləni uzatmaq istəyir. Sport24.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb. "Neradzurra" 28 yaşlı müdafiəçinin sözləşməsini 2030-cu ilin yayına qədər artırmaq niyyətindədir.

 

Dimarko bu mövsüm 43 oyunda 7 qol vurub, 15 məhsuldar ötürmə edib. Onun indiki müqaviləsi 2027-ci ilin yayına kimidir.