"Qranada" və Əlcəzair milli futbol komandasının qapıçısı Luka Zidan İspaniya ikinci divizionunun 37-ci turunda Almeriya ilə oyunda (2-4) beyin silkələnməsi və çənə sümüyünün sınığı alıb. Sport24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
27 yaşlı qolkiperin dəqiq sağalma müddəti açıqlanmayıb.
Qeyd edək ki, Luka Zidan dünya və Avropa çempionu, "Real"ın keçmiş məşqçisi Zinəddin Zidanın oğludur. O, bir müddət əvvəl Əlcəzair vətəndaşlığını qəbul edib və Afrika təmsilçisinin millisində oynamağa başlayıb. Əlcəzair yığması dünya çempionatının qrup mərhələsində Argentina, Avstriya və İordaniya ilə qarşılaşacaq.