"Liverpul"un sabiq futbolçusu Deyan Lovren karyerasını Yunanıstanda davam etdirəcək. Sport24.az xəbər verir ki, PAOK 35 yaşlı müdafiəçini heyətinə qatıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Lovrenlə 2 illik müqavilə imzalanıb.

 

Xorvatiyalı futbolçu son olaraq "Lion"da çıxış edib. O, bundan əvvəl Rusiyada "Zenit", İngiltərədə "Liverpul"da forma geyinib.