"Mançester Yunayted"dən ayrılan Antoni Marsial karyerasını Yunanıstanda davam etdirəcək. Sport24.az xəbər verir ki, fransalı hücumçu AEK-ə keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 28 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb.

 

Marsial 2015-2024-cü illərdə "Mançester Yunayted"də çıxış edib. O, ötən mövsüm 13 oyunda 1 qol vurub.